«Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxmalıdır»
«Ermənistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməli, bu ölkənin silahlı qüvvələri Azərbaycanını işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxmalıdır». İslam Konfransı Təşkilatı (İKT) Parlament Assambleyasının Misirin paytaxtında keçirilmiş növbəti sessiyasında qəbul olunmuş Qahirə bəyannaməsində belə deyilir. Bu barədə ANS TV-yə millət vəkili Gövhər Baxşəliyeva məlumat verib. Onun sözlərinə görə, sessiyada həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan nümayəndə heyətinin hazırladığı iki qətnamə də qəbul olunub.
Davamı...
