Avropa Şurasının baş katibi Kosovoda separatçı rejim olmadığını vurğulayıb
"Kosovo və Dağlıq Qarabağ münaqişələri arasında çoxlu fərqlər var. Kosovoda separatçı rejim yoxdur, bu diyarı BMT idarə edir, təhlükəsizliyi isə Avropa Birliyi ölkələrinin hərbçiləri təmin edir. Bu cür faktorlar Dağlıq Qarabağda yoxdur". Erməni kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, bunu İrəvanda Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla birqə keçirdiyi mətbuat konfransında Avropa Şurasının baş katibi Terri Devis bəyan edib.

