Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Xankəndinə gələrək Dağlıq Qarabağın erməni icmasının rəhbəri Bako Saakyanla görüşüb. Qeyri-rəsmi məlumatlara görə, Ter-Petrosyan Saakyanı iyulda keçirilmiş seçkilərdə qalib gəlməsi münasibətilə təbrik etmək üçün Qarabağda olub. «Kavkaz memo» informasiya saytında yayılan xəbərə görə, bir saatdan çox davam edən danışıqlarda Ermənistanın keçmiş dövlət başçısı 2008-ci ilin fevral ayında keçiriləcək prezident seçkilərində Qarabağ ermənilərindən dəstək istəyib.
Agentlik qeyd edib ki, Qarabağ əhalisi səsvermə prosesində iştirak etməsə də, ümumi ab-hava və Qarabağ ermənilərinin mövqeyi seçkilərdə böyük təsirə malikdir. Xatırladaq ki, qarşıdan gələn seçkilərdə Levon Ter-Petrosyanın əsas rəqibi indiki baş nazir Serj Sarkisyan olacaq. Sarkisyan da bu gün Dağlıq Qarabağa gedəcək./ANS TV/

