Ermənilər işğal altındakı ərazilərimizdə kürd vilayətinin yaradılması ideyası ilə çıxış edib
Ermənistan işğal etdiyi Laçın rayonunu erməniləşdirmək məqsədilə bu ərazilərdə yaşı min illərlə ölçülən tarix və mədəniyyət abidələrinin bir çoxunu - qaya təsvirlərini, süjetli daşları, oymaları, dini memarlıq abidələrini məhv edərək, yer adlarını dəyişdirir.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov APA-ya bildirib ki, ABŞ, Kanada, Fransa və digər ölkələrin maliyyə dəstəyindən istifadə edərək Laçın şəhərində və xaraba qalmış bir çox kəndlərdə onlarla erməni kilsələrinin inşasına başlanılıb. Onun sözlərinə görə, Ermənistan xaricdən dəstək almaq üçün Laçın ərazilərində kürd vilayətinin yaradılması ideyası ilə çıxış edib.
Davamı...
Əziz ellilərimiz! Tezliklə yenilənən www.qubadli.com saytımızda çalışmışıq ki, sizin hər birinizin marağı olan müxtəlif imkanlar yaradaq. Hal-hazırda sayt üzərində ciddi iş aparılır və tez bir zamanda ictimaiyyətə açılacaq. Heləlik onu qeyd edək ki, saytımızda televiziya kanallarına rahatlıqla baxa biləcəksiniz.
Davamı...
Əziz ziyarətçilər! Həqiqətən də biz çox sevinirik ki, xalqımız Qarabağın qeydinə qalır. Bu bizi sevindirir. Biz hamılıqla çalışmalıyıq ki, gücümüz çatan qədər tapdaq altında olan torpaqlarımızı xatırlayaq, onu dünya səviyyəsində bütün millətlərə nümayiş etdirək. Bu bizim həm vətənimizə olan borcumuz, həm şəhidlərimizə olan borcumuz, həm də Allaha olan borcumuzdur. Çünki, Allah təala bizləri o vətəndə yaratdı, orada yetişdirdi, oranın ən gözəl nemətlərini bizə daddırdı. Lakin düşmən bizim əlimizdən torpaqlarımızı aldı. Biz də çalışmalııq ki, bunu dünyada tanıdaq. Dünyaya çatdıraq. Əziz ellilərimiz! Hamımızın qohum-əqrəbalarından bir çoxu şəhid oldu, bir çoxu əsir oldu, bir çoxu itgin düşdü. Ən azı vətəndaşımız belə oldu. Hamılıqla gəlin Qarabağımızın haqq səsini dünyaya çatdıraq. Bunun üçün biz tezliklə əsarətdə olan Qarabağın bir guşəsi Qubadlının saytını tezliklə ictimaiyyətə açacağıq.
Davamı...